KƏND TƏSƏRRÜFATI

İstehlak bazarının dövriyyəsi 41 milyard manatı ötüb
21 DEKABR 2018
239

İstehlak bazarının dövriyyəsi 41 milyard manatı ötüb

2018-12-21 17:20:00

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 41,7 milyard manat olub.

Fins.az-ın məlumatına görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9 faiz artıb.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini real ifadədə 2,9 faiz üstələyərək 40,0 milyard manata bərabər olub, onun 48,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264