ƏRZAQ SƏBƏTİ

Acı bibərin XƏRCİ
05 DEKABR
134

Acı bibərin XƏRCİ

2018-12-05 12:15:00

Güman edilir ki, şirin bibər XVIII əsrdə Bolqarıstandan Ukraynaya gətirilib, acı bibər isə Cənubi Amerikanın qədim bitkisidir. Cənubi Amerikanın kəndlərində 3000 il qabaq, bəzi məlumatlara görə isə 6000 il  qabaq əkilirmiş. Şirin bibər acı bibərə nisbətən cavan bitkidir.
Tərkibində sellüloza, pektinlər, azotlu maddələr, üzvi turşular, vitaminlər, mineral duzlar, acılıq verən alkoloid-kapsaisin və rəngverən karotinoid maddələri vardır.

Fins.az xəbər verir ki, bibər bitkisinin sortları: Respublikamızda şirin bibərin tezyetişən Murad, Yadigar, Zümrüd, ortayetişən Podarok Moldavı və Şəfa sortları rayonlaşdırılıb. Acı bibərin isə tezyetişən Göygöl sortu və Shakira F1 hibridi rayonlaşdırılıb. Şirin bibərin tezyetişən sortlarının bütünlüklə respublikada, bəzilərinin suvarılan-ovalıq zonada, ortayetişən sortlarının yenədə respublika və suvarılan ovalıq zonada, acı bibərin isə respublikada əkilməsi məqsədəuyğundur. Göygöl sortu həm də Rusiyanın bütün regionlarında rayonlaşdırılıb. 
Yerli sortlardan şirin bibərin Murad, Yadigar, Şəfa, Zümrüd sortları xarici sortlardan əsas göstəricilərinə görə qeyd olunan üstünlüklərə malikdirlər. Vegetasiya müddəti (günlə) 98-102 gün Məhsuldarlıq (sen/ha) 430-470

Bibər bitkisi üçün ən yaxşı sələf kələm, xiyar, noxud və çoxillik otlar hesab olunur. Bibəri münbit, qida maddələri ilə zəngin torpaqlarda əkmək lazımdır. Onun şitilinin becərilməsinə martın birinci ongünlüyündən başlamaq lazımdır. Bibər əkilən sahə vaxtlı-vaxtında becərilməli, alaqdan təmizlənməli və suvarılmalıdır. Bitkilərə əlavə yemləmə gübrələri verilməli onların dibi yumşaldılmalı, ziyanverici və xəstəliklərə qarşı mübarizə aparılmalıdır. Şitillər cərgəvi üsulla 70x30 sm sxemdə əkilməsi əlverişlidir. Vegetasiya ərzində hektara 20 ton peyin 150-180 kq azot, 120-180 kq fosfor, 120-150 kq kalium verilməsi məsləhət görülür. Peyinin 70-80%-ni əsas şum altına, 20-30%-ni isə şitil əkilərkən verilməsi məsləhətdir. Fosfor və kalium gübrələrinin 50%-ni əsas şum altına, 20%-ni şitil sahəyə əkiləndən 15-20 gün sonra, 30%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələgətirmə dövründə vermək lazımdır. Azot gübrəsinin 30%-ni ikinci şum altına, 30%-ni şitil əkiləndən 15-20 gün sonra, 40%-ni isə kütləvi çiçəkləmə və ilk meyvə əmələ gələn dövrdə vermək məsləhətdir.

Şirin bibər sortlarının 1 ha yüksək sort təmizliyinə məxsus əkin sahəsindən 70-100 kq yüksək reproduksiyalı toxum, acı bibər sortundan analoji olaraq 80-150 kq toxum, bir ton şirin bibər məhsulundan 7-10 kq, uyğun olaraq acı bibər məhsulundan 15-18 kq toxum alınır. Acı bibərin toxumluq sahəsi şirin bibər əkilən sahədən ən azı 1000-2000 m məsafə ilə təcrid olunmalıdır.
Bibərin geniş yayılmış xəstəlikləri fuzarioz soluxması, trixomikoz göbələyi hesab edilirlər. Xəstəliklərə qarşı mübarizədə müasir tələb olunan funqisidlərdən istifadə olunur.  1 ha sahədə bibər yetişdirilməsinə 5081 manat xərc çəkilir, 1 kq toxumun maya dəyəri isə 16,94 manatdır. Aqrobiznes

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256