ƏRZAQ SƏBƏTİ

Bu ölkədə ərzaq məhsulları bahalaşıb
03 DEKABR
91

Bu ölkədə ərzaq məhsulları bahalaşıb

2018-12-03 11:45:00

 Ötən ay Gürcüstanda inflyasiya 0,7% təşkil edib.

Fins.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Statistika İdarəsi məlumat yayıb.

Noyabr ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,4%, alkoqollu içkilər və tütünün qiyməti 0,6%, tərəvəzlərin qiyməti 5,7%, süd, pendir və yumurtanın qiyməti 3,3%, balıq və ətin qiyməti isə müvafiq olaraq 2,1% və 18,8% artıb. Meyvə və üzümün qiymətində isə 8,3% ucuzlaşma qeydə alınıb.

İllik inflyasiyaya gəlincə, nəqliyyat xərcləri 3,8%, səhiyyə xərcləri 5,5%, alkoqollu içkilər və tütün 4,6%, kommunal xərclər isə 3,6% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256