ƏRZAQ SƏBƏTİ

Bakıda yaşayanlar 16 milyon manatlıq alış-veriş edib
30 NOYABR
100

Bakıda yaşayanlar 16 milyon manatlıq alış-veriş edib

2018-11-30 12:46:00

2018-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,2 faiz artaraq 15966,3 milyon manat olmuşdur.

Fins.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 7237,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 8728,8 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 24,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 30,4 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,4 faiz az istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256