ƏRZAQ SƏBƏTİ

Quşçuluq sahəsi ilə əlaqədar yeni maarifləndirici videoçarx hazırlanıb
29 NOYABR
111

Quşçuluq sahəsi ilə əlaqədar yeni maarifləndirici videoçarx hazırlanıb

2018-11-29 15:02:00

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində sahibkarların və istehlakçıların maarifləndirilməsi, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyət və öhdəliklərinin diqqətə çatdırılması üçün yeni videoçarx hazırlayıb.

Agentliyin mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, yeni videoçarx son günlər geniş müzakirə mövzusuna çevrilən quşçuluq sahəsi ilə bağlıdır. Quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsinin vacibliyi vurğulanan maarifləndirici videoçarxda idxal olunan yem və yem məhsulları üzrə mövcud qanunvericiliyin tələbləri, istehsal şəraitində heyvan sağlamlığına riayət olunması, quşçuluq məhsulların mövcud standartları və keyfiyyət göstəriciləri öz əksini tapıb.

Agentlikdən qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi sahəsində “Qaraqaşlı Broyler” ASC-nin fəal iştirak etdiyini də bildiriblər.

Eləcə də bax: Marketlərdə paketlər pullu olacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255