ƏRZAQ SƏBƏTİ

Bu il narın yığım və ixracı ötən ilə nisbətən 20-25% artacaq
29 NOYABR
88

Bu il narın yığım və ixracı ötən ilə nisbətən 20-25% artacaq

2018-11-29 14:43:00

"Bu il narın və onun emalı nəticəsində əldə edilmiş məhsulların həm istehsalında, həm də ixracında ötən illə müqayisədə böyük artım olacağı gözlənilir". 

Fins.az xəbər verir ki,  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib. 

“2018-ci il üzrə yekun ixtac göstəriciləri gələn ilin fevral-mart aylarında bəlli məlum olacaq. Çünki ixrac prosesi hər ilin sentyabr-oktyabr aylarından başlayaraq təxminən yarım il davam edə bilər. Sahibkarlar və fermerlər məhsullarını soyuducularda saxlamaq şərti ilə növbəti ilin fevral-mart aylarına qədər ixrac edə bilərlər. Bu səbəbdən mövsümün statistikası hələ ki, məlum deyil. Ancaq düşünürük ki, bu il həm istehsal, həm də ixracda 20-25% artım olacaq”, - o qeyd edib. 

Assosiasiya sədrinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanda 165 min ton nar yığılıb, təxminən 10 mln. ABŞ dolları məbləğində nar ixrac edilib: "Satış əsasən MDB və Avropa ölkələri, qismən isə ABŞ və Avstraliya istiqamətində həyata keçirilib. Bu il isə ölkədə nar yığımının 190-200 min ton olacağına ümid edirik. Təbii ki, istehsalın artımı ixracın da artmasına səbəb olacaq. Narla yanaşı, iri emal müəssisələrinin hazırladığı nar məhsullarının - nar konsentratı, narşərab, nardan hazırlanmış spirtli içkilərin, şirələrin və kompotların da ixracında artım olacaq". 

Eləcə də bax:SOCAR Almaniya şirkətinin Türkiyədəki aktivlərini alıb

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256