ƏRZAQ SƏBƏTİ

Məktəblilərin zəhərlənməsi ilə bağlı AÇIQLAMA
28 NOYABR
114

Məktəblilərin zəhərlənməsi ilə bağlı AÇIQLAMA

2018-11-28 17:47:00

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən 5 məktəbli və bir müəllimin qida zəhərlənməsi şikayəti ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticələri məlum olub.

Agentlikdən Fins.az-a verilən məlumata görə, araşdırmalar zamanı Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələr laborator müayinələrdən keçirilib. Müayinələrin nəticələrinə görə, uşaqların qidalandığı yeməklərdə insan orqanizmi üçün təhlükəli hesab edilə biləcək mikroorqanizmlər aşkar edilməyib. Eyni zamanda, məktəblilərin müayinə olunduğu rayon xəstəxanasının həkimlərinin rəylərinə və laborator müayinə nəticələrinə əsasən sözügedən hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256