ƏRZAQ SƏBƏTİ

Nazirlik: “Şərab ixracında yaranmış problem həll edilib”
26 NOYABR
111

Nazirlik: “Şərab ixracında yaranmış problem həll edilib”

2018-11-26 16:08:00

 Azərbaycan şərablarının Rusiyaya ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə müraciətlərinin yerində və operativ araşdırılması üçün İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiyaya ezam olunub.

Bu barədə Fins.az-a nazirlikdən bildirilib.

Məlumata görə, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ tamamilə aradan qaldırılıb. İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256