ƏRZAQ SƏBƏTİ

50-yə yaxın sahibkarlıq subyektinə sertifikatlar verilib
23 NOYABR
87

50-yə yaxın sahibkarlıq subyektinə sertifikatlar verilib

2018-11-23 11:02:00

Xaçmazda qida təhlükəsizliyi üzrə qeydiyyata alınan 50-yə yaxın sahibkarlıq subyektinə sertifikatlar verilib

Fins.az xəbər verir ki, Xaçmazda 50-yə yaxın sahibkarlıq subyektinə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) qeydiyyatı və dövlət reyestrinin aparılması barədə sertifikatlar təqdim olunub. Sertifikatlar noyabrın 22-də Xaçmaz şəhərində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən yerli istehlakçı və sahibkarlarla keçirilən maarifləndirici görüş çərçivəsində verilib. Görüşdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınmasının vacibliyindən danışılıb, sahibkarlar prosesdə fəal iştirak etməyə dəvət olunub. Tədbirdə bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılacaq, onların qida təhlükəsizliyi standartları istiqamətində sağlamlaşdırılmasını təmin etmək üçün mütəmadi iş aparılacaq. Buna görə də sahibkarlar agentliklə sıx əməkdaşlıqda maraqlı olmalıdırlar. Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və istehsalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255