ƏRZAQ SƏBƏTİ

Azərbaycan Qazaxıstanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edə bilər
21 NOYABR
113

Azərbaycan Qazaxıstanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edə bilər

2018-11-21 17:42:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında olan Fövqəladə və Səlahiyyətli Səfiri Beybit İsabayev ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Q. Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər barədə Beybit İsabayevə məlumat verib və qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Səfir Beybit İsabayev isə ölkəsinin Azərbaycan ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə diri atların, ət məhsullarının Qazaxıstan Respublikasına ixracı, İki ölkə asında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq” üzrə saziş layihəsinin hazırlanması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256