ƏRZAQ SƏBƏTİ

Meyvə-tərəvəz bahalaşdı - İranda
19 NOYABR
200

Meyvə-tərəvəz bahalaşdı - İranda

2018-11-19 10:54:00

Cənub qonşumuz İranda bəzi meyvə və tərəvəzlərin qiymətində ciddi artım müşahidə olunur.

Fins.az-ın məlumatına görə, bu barədə məlumat verən İranın Meyvə və Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargər bildirib ki,İranda istixana pomidorunun bir kiloqramı 110 min rial (təxminən 2,61 dollar), xiyarın isə 1 kiloqram üçün qiyməti 65 min riala (təxminən 1,54 dollar) çatıb.  Onun sözlərinə görə, hazırda xiyar təxminən 15%, banan isə təxminən 10% bahalaşıb. Hazırda 1 kq bananın qiyməti 110 min-125 min rialdır (təxminən 2,61 – 2,97 dollar). Kargər əlavə edib ki, adətən bu dövrdə kənd təsərrüfatı məhsulları azalır və daha çox istixana məhsulları bazara çıxarılır. Bu da qiymətlərin bahalaşmasına təsir edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256