ƏRZAQ SƏBƏTİ

Azərbaycanda alkoqolsuz şərab satışa çıxarıldı
15 NOYABR
296

Azərbaycanda alkoqolsuz şərab satışa çıxarıldı

2018-11-15 15:14:00

Ağsuda fəaliyyət göstərən “Az-Granata” şirə və şərab emalı zavodu istehsal etdiyi alkoqolsuz şərabı satışa çıxarıb.

Zavoddan Fins.az-a verilən məlumatda bildirilir ki, müəssisədə Mədrəsə üzüm sortundan hazırlanan “Rübai” qırmızı alkoqolsuz şərab çoxlarının marağına səbəb olub. Zavodun istehsalı olan “Bayan Şirə” üzüm sortundan hazırlanan “Kəhrəba” adlı ağ şərab, “Mədrəsə” və “Muskat” üzüm sortundan hazırlanan “Rübai Roze” adlı çəhrayı şərab da satışa çıxarılıb.

Qeyd edək ki, zavodda içkinin tərkibindəki alkoqol Almaniyanın “Schmidt” firmasının istehsalı olan vakuum qurğusu ilə ayrılsa da, şərab özünəməxsus spesifik ətir və dadını qoruyub saxlayır.

Müəssisədən verilən məlumata görə, yaxın günlərdə alkoqolsuz nar şərabı da istehsal olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256