ƏRZAQ SƏBƏTİ

Məşhur şirkətin məhsulları yoxlanılır
13 NOYABR
105

Məşhur şirkətin məhsulları yoxlanılır

2018-11-13 09:25:00

“Azərbaycan mütəxəssisləri dünyaca məşhur qənnadı şirkətinin məhsullarını ekspertizadan keçirməyə başlayıblar”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. 

O bildirib ki, dünyada qənnadı məhsulları istehsalı ilə məşğul olan məşhur “Ferrero rocher” şirkətinin eskpertləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda xüsusi monitorinqlər həyata keçiriblər: “Belə qənaətə gəliblər ki, bölgədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyaları həm beynəlxalq standartlara, həm təchizatına, həm də işçi potenisialına görə fərqlənir və normalara cavab verir”.

Agentliyin sədri vurğulayıb ki, həmin şirkət rəsmi şəkildə Azərbaycana dövlətinə müraciət edib: “Onlar istəyir ki, bölgədə istehsal etdikləri məhsulların ekspertizası məhz Azərbaycanda keçirilsin. Artıq bir aydır ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun laboratoriyaları həmin şirkətin Gürcüstanda olan plantasiyalarında istehsal etdikləri məhsulları ekspertizadan keçirir. Bizim mütəxəssislərin yoxlamadam keçirdiyi həmin məhsullar da məhz Avropaya ixrac olunur”.

Qeyd edək ki, “Ferrero rocher” şirkəti “Raffaello”, “Nutella”, “Tic-tac”, “Kinder chocolate”, “Kinder surprise” qənnadı məhsullarının istehsalı ilə məşğuldur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256