ƏRZAQ SƏBƏTİ

“Azərçay” brendi Daşkənddə
12 NOYABR
82

“Azərçay” brendi Daşkənddə

2018-11-12 10:12:00

Daşkənddə “Ərzaq məhsulları, içkilər, yeyinti sənayesi, qablaşdırma, kənd təsərrüfatı” sərgisi keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Türkiyə, Rusiya, İtaliya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Koreya, Belarus, Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən 80 şirkət iştirak edib. Bu barədə Azərtac yazıb. 

Sərginin iştirakçıları arasında “Azərsun Holdinq” Şirkətlər Qrupu da “Azərçay” brendi ilə müxtəlif növ çay məhsullarını nümayiş etdirib.

İştirakçılar bu məhsullara böyük maraq göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256