ƏRZAQ SƏBƏTİ

Kələmin idxalı 15 dəfəyə yaxın azalıb - 9 ayın son STATİSTİKASI
07 NOYABR
267

Kələmin idxalı 15 dəfəyə yaxın azalıb - 9 ayın son STATİSTİKASI

2018-11-07 16:54:00

2018-ci ilin yanvar-sentyabr ayları ərzində kartof, pomidor, kələm, xiyar, yerkökü, salat çuğunduru və xiyarın natural və dəyər ifadəsində idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb.  

Kənt Təsərrüfatı Nazirliyindən Fins.az-a verilən məlumata görə, ən çox azalma kələm idxalında müşahidə edilib. Belə ki, müqayisə olunan dövr ərzində kələm idxalı dəyər ifadəsində 14,5 dəfə azalaraq 1,8 milyon ABŞ dollarından 123,7 min ABŞ dollarına enib.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində kələm və xiyarın dəyər ifadəsində ixracı müvafiq olaraq 2,5 dəfə və 16,6 % azalıb.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254