ƏRZAQ SƏBƏTİ

Azərbaycan Baltikyanı ölkələrə meyvə-tərəvəz ixracını artıracaq
05 NOYABR
83

Azərbaycan Baltikyanı ölkələrə meyvə-tərəvəz ixracını artıracaq

2018-11-05 10:46:00

Azərbaycan Baltikyanı ölkələrə meyvə-tərəvəz ixracını artırmaq niyyətindədir.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə ixrac həcmi hələ böyük deyil, lakin bu ilin sonuna kimi artacaq və bundan sonra da artacaqdır.

"Hazırda Latviya ilə sıx əməkdaşlıq edirik və buna görə də digər iki Baltik ölkəsi ilə müqayisədə Latviya bazarına ixracın həcmi çoxdur", - B.Quliyev deyib. O qeyd edib ki, Latviyada Azərbaycan Ticarət Evinin açılması Azərbaycanın meyvə və tərəvəzinin satışına müsbət təsir göstərir.

Assosiasiyanın sədri əlavə edib ki, bu gün Azərbaycan üçün Rusiya və digər MDB ölkələr əsas satış bazarları olaraq qalmaqdadır. (Trend)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254