ƏRZAQ SƏBƏTİ

«Bakı-ƏT» ASC zərərlə işləyir - HESABAT
05 NOYABR
143

«Bakı-ƏT» ASC zərərlə işləyir - HESABAT

2018-11-05 09:58:00

«Bakı-ƏT» ASC 2017-ci il üçün maliyyəm nəticələrini açıqlayıb.

Fins.az xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 207 min 948 manat, satışın maya dəyəri isə 283 min 263 manat olub. Sonda ümumi zərər hesabat dövründə 75 min 320 manat təşkil edib. Bu barədə “Bakı-ƏT” ASC-in hesabatında qeyd olunub. Qeyd edək ki, şirkətin 2016-cı ildə ümumi mənfəəti 30 min 834 manat olub.

Şirkətin 2017-ci ildə sair əməliyyat gəlirləri 84 min 436 manat olduğu halda, 2016-cı ildə bu göstərici olmayıb.

Yekunda şirkətin hesabat dövründə xalis zərəri 34 min 696 manat , 2016-cı ildə isə 13 min 108 manat olub. FED,AZ Bakı -ƏT” ASC-in “Balans” hesabatına istinadən bildirir ki, şirkətin hesabat dövründə cəmi aktivləri  ötən il nəzərən 7,46% azalaraq 263 min 920 manat, cəmi kapital isə 2,51 dəfə azalaraq 23 mln 43 min manta enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251