ƏRZAQ SƏBƏTİ

Azərbaycan Avropa Birliyinə nar ixrac edə bilər
19 OKTYABR
135

Azərbaycan Avropa Birliyinə nar ixrac edə bilər

2018-10-19 09:39:00

Azərbaycan Avropa İttifaqına (Aİ) daxil olan 4 ölkəyə - Almaniya, Fransa, Latviya və Polşaya nar ixrac edə bilər. Fins.az xəbər verir ki, bu barədə açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının katibi Şahin Həsənli məlumat verib. 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar aparılır, müqavilələrin bağlanılması gözlənilir. Bu barədə Report yazıb. Qeyd edək ki, hazırda Azərbaycanın nar ixracında əsas istiqamət qonşu Rusiyadır. Assosiasiya rəsmisi onu da deyib ki, bu il nar ixracının ötən illə müqayisədə 20-25% çox olacağı proqnozlaşdırılır. Xatırladaq ki, Azərbaycan adı çəkilən ölkələrdən Polşaya həm də xurma ixrac etməyi planlaşdırır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258