ƏRZAQ SƏBƏTİ

Agentliyinin sədri Perunun səfiri ilə görüşdü
18 OKTYABR
90

Agentliyinin sədri Perunun səfiri ilə görüşdü

2018-10-18 10:58:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Peru Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, xanım Mariya Milaqros Kastanyon Seoane ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə ölkələr arasındakı iqtisadi əlaqələr və son illər Azərbaycan və Peru arasında inkişaf edən idxal əməliyyatları barədə geniş fikir mübadiləsi aparılıb. Q. Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında xanım Seoaneyə məlumat verib və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb. Ölkəmizə Perudan tunes balığı məhsulları, canlı bitkilər, tərəvəz və tərəvəz qarışıqları, meyvə və giləmeyvələr, kofe, müxtəlif toxumlar, paxlalılar, makaron məmulatları və digər qida məhsullarının idxal olunduğunu diqqətə çatdıran Agentlik sədri Azərbaycan və Peru arasındakı iqtisadi əlaqələrin inkişaf perspektivləri haqqında fikirlərini bölüşüb. Peru Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri, xanım Mariya Milaqros Kastanyon Seoane səmimi qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250