ƏRZAQ SƏBƏTİ

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı - SƏBƏB?
16 OKTYABR
150

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı - SƏBƏB?

2018-10-16 13:41:00

Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb.

Trend-in məlumatına görə, bu qərara ixracat zamanı qeydə alınan pozuntular səbəb olub.

Qeyd olunur ki, “MAPP Çernışevskoye” şirkətinin ümumi həcmi 360 kiloqram olan skumbriya konservlərində istehsalat tarixi baytarlıq şəhadətnaməsində göstərilməyib.

Tədarükün dayandırılması müddəti açıqlanmayıb.

Eləcə də bax:Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı qərar təsdiqləndi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258