ƏRZAQ SƏBƏTİ

Kartof əkini sahələrini artırırlar
15 OKTYABR
178

Kartof əkini sahələrini artırırlar

2018-10-15 17:47:00

Ağsu rayonunda kartof yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri sahələrdən 1458 ton məhsul götürüblər. Bu göstərici ötən ildəkindən 88 ton çoxdur.

Rayon Statistika İdarəsindən  bildirilib ki, ilboyu bazarlarda böyük tələbat olan təsərrüfatın bu sahəsinə maraq ildən-ilə artır. Təsadüfi deyil ki, cari mövsümdə əkin sahələri 14 hektar artaraq 179 hektara çatıb.

Qeyd edək ki, son illər rayonun dağətəyi ərazilərində, o cümlədən 25 hektardan 228 ton kartof götürülən Qaraqoyunlu, 15 hektardan 125 ton məhsul əldə olunan Gəgəli, dağlıq ərazilər olan Kalva, Dilman, Nuran, Gürcüvan və bir sıra digər yaşayış məntəqələrində sakinlər kartof əkini sahələrini ildən-ilə artırırlar.

 Eləcə də bax:Azərbaycan bu sərgidə ilk dəfə iştirak edir

Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254