ƏRZAQ SƏBƏTİ

Bakıda bal yarmarkasının açılışı olub
08 OKTYABR
265

Bakıda bal yarmarkasının açılışı olub

2018-10-08 15:43:00

Bakının Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkasının açılışı olub.

 Fins.az xəbər verir ki, açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak ediblər.

Jurnalistlərə açıqlama verən mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, nazirlik bir ay öncə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edərək, bu yarmarkada iştirak edəcək arıçıların siyahısını hazırlayıb.

Onun sözlərinə görə, bu ayın sonuna qədər davam edəcək yarmarkaya təqdim edilmiş məhsullar Qida Təhlükəsizliyi Agentliyini mütəxəssisləri ilə birlikdə analiz edilib. Nəticədə 150 ton məhsuldan 30 tonunun keyfiyyətsiz olduğu üzə çıxıb.

“Hazırda yarmarkada ancaq keyfiyyətli bal satılır. Yararsız məhsul xüsusi anbarda saxlanılmaqdadır", - nazirlik rəsmisi deyib. 

Qeyd edək ki, yarmarkada balın 1 kq-ı alıcılara 20-25 manata təklif olunur. 

Eləcə də bax:Azərbaycanda bu spirtli içkilərin qarşısı alındı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258