ƏRZAQ SƏBƏTİ

Azərbaycanda İLK DƏFƏ -Arı ailələri pasportlaşdırılacaq
05 OKTYABR
276

Azərbaycanda İLK DƏFƏ -Arı ailələri pasportlaşdırılacaq

2018-10-05 11:29:00

Azərbaycanda noyabrın ortalarından etibarən arıçılıq təsərrüfatı olan şəxslərə arı ailələrinin sayına görə dövlət tərəfindən subsidiyaların verilməsinə başlanılacaq.

Fins.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya veriləcək:

“Əgər arıçının təsərrüfatında 100 arı ailəsi identifikasiya kodu ilə qeydiyyata götürülübsə, onda ona illik 1000 manat subsidiya veriləcək. Arıçıların təsərrüfatlarındakı arı ailələrinin sayı dəqiqləşəndən sonra Dövlət Aqrar İnkişaf Mərkəzi nazirliyin komissiyası ilə birlikdə şəxsə arayış verəcək. Arayış nazirliyin subsidiya komissiyasına təqdim ediləcək və vəsait arıçının hesabına köçürüləcək”.

Nazirlik rəsmisi əlavə edib ki, subsidiyalar bu ildən başlayaraq, 5 il ərzində veriləcək. Bu müddət daha sonra artırıla da bilər.

Eləcə də bax:Bazara çıxarılan 30 ton yararsız balın aqibəti necə olacaq?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255