ƏRZAQ SƏBƏTİ

Bakıda ən çox həftəlik bazarlığı bu marketdən edilir SİYAHI
03 OKTYABR
1138

Bakıda ən çox həftəlik bazarlığı bu marketdən edilir SİYAHI

2018-10-03 16:34:00

Ən ucuz, rahat və bol çeşidli market hansıdır? Hansı marketlərdən alış-veriş etmək daha sərfəlidir? Bakı sakinlərinin həftəlik bazarlığı hansı supermarketdən etməsi məlum olub.

Fins.az-ın oxucular arasında keçirdiyi sorğunun nəticəsinə görə, "Bravo" supermarketləri (33.3%) üstünlüyə malik olub. Alış-veriş etmək üçün marketləri yox, digər versiyanı seçənlərlə "Araz" supermarketlərindən istifadə edənlərin sayı (22.2%) eyni olub. Bundan əlavə, xüsusi marketlərə deyil, məhəllədə olan dükanlara üz tutanların sayı da az deyil. Belə ki, "Spar" marketləri ilə məhəlləarası dükanların alıcılarının sayı (7,4%) eynidir.

Sorğuda geridə qalanlar isə bunlardır:

Bizim market 3,7 %

Favorite 3,7%

Kontinental - 0%

OBA - 0%

Fresco - 0%

Rahat - 0%

Bolmart - 0%

Mega Store - 0%

Sorğunun nəticəsinə görə, müştərilər həftəlik alış-veriş üçün daha çox "Bravo" və "Araz" supermarketlərinə üstünlük verirlər.

Müəllif: Tuncay Türbəndəzadə

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256