ƏRZAQ SƏBƏTİ

Dünyada ən çox spirtli içən xalq hansıdır? Azərbaycan da siyahıda var SİYAHI
25 SENTYABR
2219

Dünyada ən çox spirtli içən xalq hansıdır? Azərbaycan da siyahıda var SİYAHI

2018-09-25 12:48:00

MDB ölkələri arasında ən az spirtli içki qəbul edənlər azərbaycanlılardır, burada bir insan (15 yaşdan yuxarı) il ərzində 0,8 litr spirtli içki qəbul edir. 

Fins.az-ın məlumatına görə, bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il ərzində alkoqol və sağlamlıq vəziyyətinə dair hesabatında yer alıb. 

Azərbaycanda yaşayanların 63 faizi sərt içkilərə, 29 faizi pivəyə, yalnız 8 faizi şəraba üstünlük verir.

Hesabatda Moldova ən çox spirtli içki qəbul edən ölkə hesab edilib (15,2 litr).

Rusiya bu siyahıda dördüncü pillədədir. Burada il ərzində insanlar 11,7 litr spirtli içki qəbul edir. İkinci yeri Litva (15 litr), üçüncü yeri isə Latviya (12,9 litr) tutub.

Müqayisə üçün bildirək ki, Almaniyada yerli sakinlər il ərzində 13,4 litr, Böyük Britaniyada isə 11,4 litr spirt qəbul edir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259