ƏRZAQ SƏBƏTİ

Bakıda məşhur qida məhsullarında virus aşkarlandı (VİDEO)
20 SENTYABR
1770

Bakıda məşhur qida məhsullarında virus aşkarlandı (VİDEO)

2018-09-20 11:11:00

Azərbaycana qida məhsulları idxal edən bir sıra məşhur şirkətlərə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi xəbərdarlıq edilib.

Fins.az-ın məlumatına görə, bu barədə RealTv-ə müsahibəsində AQTA-nın Qida Təhlükəsizliyi şöbəsinin müdiri Fərid Əmirov bildirib.

Onun sözlərinə görə, həmin məhsullar ölkəyə idxal olunarkən AQTA-nın müvafiq laboratoriyalarında müayinə olunub və sınaq nəticələrinə əsasən qeyd olunan məhsullarda bir sıra nöqsanlar - bakteriyalar aşkar edilib.

Fərid Əmirov qeyd edib ki, insan orqanizmi üçün təhlükəli olan bu məhsullar sentyabrın 22-dək bütün ticarət şəbəkələrindən yığışdırılmalıdır. Bununla bağlı həmin məhsulları idxal edən şirkətlər AQTA-ya müraciət etməlidir.

AQTA rəsmisi uşaqların qidalanmasında daha çox istifadə olunan və bakteriyalar aşkarlanan həmin məhsulların adlarını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259