ƏRZAQ SƏBƏTİ

Azərbaycan Qazaxıstandan böyük taxıl alıcısıdır
13 SENTYABR
192

Azərbaycan Qazaxıstandan böyük taxıl alıcısıdır

2018-09-13 10:11:00

Qazaxıstan ilin əvvəlindən 5 milyon tondan çox taxıl ixrac edib.

Fins.az-ın məlumatına görə, onun böyük hissəsi Rusiya, Çin, İran və Orta Asiya ölkələrinə göndərilib. Uzunmüddətli fasilədən sonra Türkmənistan da alıcılar sırasına geri dönüb. Bu ölkə ildə təqribən 100 min ton taxıl alır. Eyni zamanda Azərbaycan da kifayət qədər böyük həcmdə taxıl alıcısıdır.

Bu barədə yerli "Xabar-24" telekanalının efirə gedən məlumatında deyilir.

"Azərbaycan da kifayət qədər böyük həcmdə taxıl alıcısıdır. Onların aldığı məhsulun həcmi təxminən 600 min ton təşkil edir. Əlbəttə, Orta Asiya, yəni Özbəkistan, Tacikistan, Qırğızıstan, Əfqanıstan tərəfindən tələbat daima var və hətta artmaqdadır. Qiymət konyukturu Qara dənizə çıxmaq imkanı verir", – deyə Dəyirmançılar İttifaqının idarə heyətinin üzvü Mukan Abdiyev bildirib.

Məlumatda qeyd olunur ki, Kurık limanından keçəcək yeni marşrut Azərbaycan və Gürcüstana taxıl ixracını 10 min tona çatdırmaq imkanı verəcək. Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9459
  • ₽ RUB
    0.0259