ƏRZAQ SƏBƏTİ

Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunub
10 SENTYABR
781

Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunub

2018-09-10 15:25:00

Az-Qranata” MMC-nin Ağsudakı şirə və şərab emalı zavodunda Azərbaycanda ilk dəfə alkoqolsuz şərab emal olunub.

Fins.az-ın məlumatına görə, MMC-nin direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov Oxu.Az-a açıqlamasında bildirib ki, bu şərab alkoqollu şərabın vakkum aparatından keçirilməsi nəticəsində alınır.

Mütəxəssis alkoqolsuz şərabın müalicəvi əhəmiyyətindən danışıb:

“Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavonit və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır”.

Vüqar Mikayılov alkoqolsuz şərabın insan orqanizmi üçün daha bir əhəmiyyətini də diqqətə çatdıraraq bildirib ki, bu şərabdan hər gün 150 millilitr istifadə etməklə artıq çəkidən xilas olmaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256