ƏRZAQ SƏBƏTİ

Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixləri açıqlanıb
10 SENTYABR
1227

Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixləri açıqlanıb

2018-09-10 12:45:00

Oktyabrın 5-28-də Bakıda Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Fins.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumatda həmçinin deyilir ki, yarmarka "Arıçılıq haqqında" qanuna uyğun olaraq təşkil ediləcək.

Bunun üçün Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) yer ayrılıb.

Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-na qədər yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək. Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr Dağlıq şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur. Əlaqə telefonları: 1652 (Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi), (012) 498-16-38, 598-33-32.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254