ƏRZAQ SƏBƏTİ

Neftçalada 590,5 hektar meyvə bağından 801 ton meyvə yığılıb
07 SENTYABR
93

Neftçalada 590,5 hektar meyvə bağından 801 ton meyvə yığılıb

2018-09-07 09:56:00

Cari təsərrüfat ilində neftçalalı fermerlər 8109 hektar sahədə yazlıq bitkilər əkiblər. Əkilmiş sahələrin 700 hektarını pambıq, 121 hektarını kartof, 168 hektarını tərəvəz, 275 hektarını bostan, 489 hektarını yem bitkisi (yonca), 55 hektarını isə dənli bitkilər təşkil edib.

Fins.az-ın məlumatına görə, fermerlər indiyədək tərəvəz sahələrinin 152 hektarından 1352 ton məhsul toplayıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı orta hesabla 88,8 sentnerə çatır. Bostan sahələrindən 9300 ton qarpız-yemiş, kartof sahələrindən isə 1452 ton məhsul götürülüb.

Rayon üzrə mövcud 188,2 hektar üzüm bağından 266 ton üzüm, 590,5 hektar meyvə bağından isə 801 ton meyvə yığılıb. Bağların hər hektarının məhsuldarlığı 13,9 sentner olub. Rayonda təsərrüfatların ayrı-ayrı sahələrində məhsul yığımı davam edir.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253