ƏRZAQ SƏBƏTİ

Kafedə qida zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb
06 SENTYABR
256

Kafedə qida zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb

2018-09-06 12:11:00

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şabran rayonunda baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı ilkin məlumatı yayıb.

Qida Təhlükəsizliyi Agentliyindən Fins.az-a bildirilib ki, sentyabrın 4-də gecə saatlarında Agentliyə Şabran rayonunda baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub. Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə ezam olunub. İlkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi aşkarlanıb. Dörd nəfərdən ibarət birinci qrup Şabran rayonu Nizami küçəsində Məcidov Fuad Akif oğlu tərəfindən satılan hisə verilmiş balıq məhsulunu aldıqdan və qəbul etdikdən sonra, həmin şəxslərdə qida zəhərlənməsi əlamətləri müşahidə olunub və qida zəhərlənməsi diaqnozu ilə Şabran rayon xəstəxanasına yerləşdirilib. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Bakı şəhərindəki Klinik Tibbi Mərkəzə köçürülüblər. Hazırda həmin dörd nəfərdən ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Digər üç nəfərdən ibarət qrup da eyni ünvandan hisə verilmiş balıq məhsulundan alıb, qəbul etdikdən sonra bir nəfər qida zəhərlənməsi diaqnozu ilə Şabran rayon xəstəxanasına, daha sonra isə Klinik Tibbi Mərkəzə köçürülüb. İlkin araşdırmalar zamanı, hər iki qrupun eyni ünvanda hisə verilmiş balıq məhsulu aldıqları və həmin məhsulların Şabran rayonunda yerləşən, Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Hazırda AQTA mütəxəssisləri Baş Prokurorluğun əməkdaşları ilə birgə araşdırmaları davam etdirir. Araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Agentlik bəyan edir ki, qida təhlükəsizliyi ilə bağlı həyata keçirilən monitorinqlər və yoxlamalar zamanı Bakıətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında sanitar-gigiyenik tələblərə cavab verməyən, ev şəraitində kustar üsulla balıqların hislənməsi halları aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən şəxslərə xəbərdarlıq edir ki, bu cür şəraitdə hazırlanan məhsullar insan sağlamlığı üçün ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər. Bildirilir ki, Agentlik tərəfindən bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253