ƏRZAQ SƏBƏTİ

Azərbaycan Rusiyaya meyvə ixracını 71% artırıb
05 SENTYABR
256

Azərbaycan Rusiyaya meyvə ixracını 71% artırıb

2018-09-05 15:44:00

2017-ci ildə Azərbaycandan Rusiyaya meyvə ixracı 20,9%, tərəvəz ixracı isə 58,4% artıb. 

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "AzərTac"a müsahibəsində bildirib.

O, həmçinin deyib ki, artım tendersiyası bu il də davam edir: "2018-ci ilin I yarısında Rusiyaya meyvə ixracında 70,6%, tərəvəz ixracında isə 10,3% artıma nail olunub". 

Nazir qeyd edib ki, bu ilin sonunadək Rusiyaya yeni ixrac missiyaları təşkil olunacaq, Azərbaycanın 30-dan çox şirkətinin məhsulları sentyabrda qonşu ölkədə keçiriləcək “Worldfood Moscow” Sərgisində vahid ölkə stendində nümayiş etdiriləcək. 2017-ci ildə olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow” Sərgisinin eksklüziv tərəfdaşıdır. Bu tədbirlər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarının Rusiyaya ixracına dair müqavilələr bağlanıb və hazırda bu müqavilələr üzrə ixrac davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254