ƏRZAQ SƏBƏTİ

Bakı sakinləri ərzağa nə qədər pul xərcləyib?
07 AVQUST
148

Bakı sakinləri ərzağa nə qədər pul xərcləyib?

2018-08-07 09:48:00

2018-ci ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 faiz artaraq 9 milyard 505,8 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 4 milyard 359,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 5 milyard 146,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 23,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 63,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 19,8 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,9 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260