ƏRZAQ SƏBƏTİ

Qida Təhlükəsizliyi Agentliyi TƏKZİB edir
26 İYUL
207

Qida Təhlükəsizliyi Agentliyi TƏKZİB edir

2018-07-26 17:08:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi ilə bağlı bəzi saytlarda qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyətinin qadağan olunacağı haqqında məlumatlar yer alıb.

Qida təhlükəsizliyi Agentliyi bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyat və dövlət reyestrinin aparılması əvvəlcədən elan olunduğu kimi mərhələli şəkildə həyata keçirilməkdədir. Bu dövr ərzində sahibkarlıq subyektlərinin fəaliyyətinin qadağan olunması, cərimə və sanksiyaların tətbiqi nəzərdə tutulmamışdır.

Hazırda qeydiyyat və dövlət reyestrinin aparılması işləri ilə paralel olaraq sahibkarların bu istiqamətdə maarifləndirilməsi və onlara peşəkar səviyyədə metodiki yardımların göstərilməsi işləri həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, üç mərhələdə həyata keçiriləcək qeydiyyat və dövlət reyestrinin aparılması zamanı, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsalat və təsərrüfat müəssisələrinin qeydiyyatı, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri, satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müracət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki,  qeydiyyat və dövlət reyestrinin aparılması prosesinində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstəriləcək  və bütün mərhələlərində sahibkarların yeni qaydalarla bağlı maarifləndirilməsi və fəaliyyətlərini təkmilləşdirmələri üçün onlara metodiki tövsiyələr veriləcəkdir.

Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!” - XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255