ƏRZAQ SƏBƏTİ

AQTA: “Maariflənməyə ehtiyac var”
26 İYUL
83

AQTA: “Maariflənməyə ehtiyac var”

2018-07-26 13:48:00

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) struktur bölmələri qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin yeni qaydalarla bağlı maarifləndirilməsi işinə cəlb olunub.

Bunu agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib.

O qeyd edib ki, agentlik iyulun 2-dən etibarən qida sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesinə başlayıb: “Bununla bağlı “ASAN Xidmət” mərkəzlərində və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən “Sertifikatlaşma və qeydiyyat pəncərələri”inə gün ərzində çoxsaylı müraciətlər daxil olur. Eyni zamanda, birbaşa agentliyin aidiyyatı struktur bölmələrinə və “1003 Qaynar xətti”nə də sahibkarlar tərəfindən kütləvi müraciətlər olunur. Daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin konkret icrasının təmin olunması ilə yanaşı, bir sıra hallarda sahibkarlıq subyektlərinin maarifləndirilməsinə də ehtiyac var. Ona görə də müraciətinin operativ həllini təmin etmək və ümumilikdə qeydiyyat və sertifikatlaşdırma işlərinin sürətləndirilməsi üçün paralel olaraq maarifləndirmə işləri də həyata keçirilir”.

M.Piriyev əlavə edib ki, prosesin sürətləndirilməsi üçün agentliyin rəsmi saytında və “Facebook” sosial şəbəkəsindəki səhifəsində mütəmadi olaraq sahibkarların və istehlakçıların marifləndirilməsi üçün zəruri məlumatlar yerləşdirlilr: “Eyni zamanda, marifləndirmə işlərinə agentliyin yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi İnstitutu da cəlb olunub”.

Maarifləndirmə işlərinin davam etdiriləcəyini bildirən agentlik rəsmisi bildirib ki, qida sənayesi sektorunda müasir standartların tətbiqi ilə bağlı maarifləndirilmə işləri qida təhlükəsizliyinin təmin olunmasında nəzarət imkanlarını da genişləndirəcək. (Report)

Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!” - XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255