ƏRZAQ SƏBƏTİ

Pendir və kərə yağı istehsalı azalıb
24 İYUL
231

Pendir və kərə yağı istehsalı azalıb

2018-07-24 15:11:00

Azərbaycanda süd istehsalı artsa da pendir və kərə yağı istehsalı azalıb. 2018-ci ilin yanvar- iyun aylarında 455,3 min ton üzlü süd istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8% çoxdur.

Pendir və kəsmik istehsalı 2,8% azalaraq 25 058,9 ton, kərə yağı istehsalı 9,4% azalaraq 11 731,6 ton təşkil edib. Qaymaq və xama istehsalı isə 0,2% artaraq 2 376,1 ton təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında süd istehsalı 1,3 faiz artaraq 1 milyon 16,8 min ton təşkil edib.

Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!” - XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251