ƏRZAQ SƏBƏTİ

Paytaxt bazarlarında xiyar bahalaşdı
23 İYUL
172

Paytaxt bazarlarında xiyar bahalaşdı

2018-07-23 11:46:00

Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb. Paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir. Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.

Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib: “Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”. Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb. (Oxu.az)

Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!” - XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259