ƏRZAQ SƏBƏTİ

Ötən il Azərbaycan xaricə nə qədər FINDIQ SATIB?
19 İYUL
302

Ötən il Azərbaycan xaricə nə qədər FINDIQ SATIB?

2018-07-19 17:58:00

İtaliya Azərbaycandan fındıq idxal edən əsas ölkədir. Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Daha öncə qeyd edilmişdi ki, ötən il ölkənin ümumi findıq ixracı 20 842 ton təşkil edib. Azərbaycandan fındıq idxalçıları arasında birinci yeri İtaliya tutub, ölkənin payına 9 min ton fındıq düşüb. İkinci yerdə 6 min tondan çox fındıqla Rusiya, üçüncü yerdə isə Almaniya (3 min tondan çox) qərarlaşıb.

R.Məmmədov daha sonra əlavə edib: “Bizim İtaliyada Azərbaycan məhsullarının təbliği ilə məşğul oan nümayəndəmiz var. İtaliya bizim fındığın əsas alıcısıdır”. (Trend)

Eləcə də bax: Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi: “Bu toyuqları alıb yeməyin!” - XƏBƏRDARLIQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259