ƏRZAQ SƏBƏTİ

Yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara MÜRACİƏT
14 İYUL
320

Yeni heyvan kəsimi məntəqələrinin yaradılması üçün sahibkarlara MÜRACİƏT

2018-07-14 22:41:00

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisi üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir. Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda bildirilib ki, heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən hər bir sahibkarlıq subyektinə Agentlik tərəfindən lazım olan bütün köməkliklər göstəriləcək, metodiki xarakterli peşəkar yardım olunacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirində yüksək risk qurupuna daxildir və bu sahədə hər hansı fəaliyyət yalnız qanunvericiliyin tələbləri çərçivəsində mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255