ƏRZAQ SƏBƏTİ

Bakıda kolbasa və şirniyyat məmulatlarının istehsalı artıb
05 İYUL
370

Bakıda kolbasa və şirniyyat məmulatlarının istehsalı artıb

2018-07-05 18:34:00

Bu ilin 5 ayında Bakı şəhərində qida məhsullarından kolbasa məmulatlarının istehsalı 4,9 faiz, şirin peçenye 37,3 faiz, şirniyyat məmulatlarının istehsalı 23,7 faiz artıb.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, həmin müddət ərzində içki və tütün məmulatlarının istehsalı sahələrində 382,3 milyon manat dəyərində məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 70,0 faiz artıb, qida məhsullarının istehsalı 12,8 faiz, içki istehsalında isə 9,1 faiz azalma müşahidə olunub.

Eləcə də bax: Azərbaycanda hansı egzotik meyvələr satılır? – QİYMƏTLƏRİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250