ƏRZAQ SƏBƏTİ

Bakıda ərzağa xərclənən pulun həcmi AÇIQLANDI
04 İYUL
122

Bakıda ərzağa xərclənən pulun həcmi AÇIQLANDI

2018-07-04 14:54:00

Bu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,0 faiz artaraq, 7636,2 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən verilən xəbərə görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz artaraq, 3324,9 milyon manat təşkil edib. 

Qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq, 4311,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 21,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 16,9 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 11,6 faiz az istehlak məhsulları satılıb.

Cari ilin əvvəlindən göstərilən xidmətlərin ümumi dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq, 3142,1 milyon manat təşkil edib. 

2018-ci ilin hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,7 faiz artaraq, 3324,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4 faiz artaraq, 4311,3 milyon manata bərabər olub.

Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 43,5 faiz təşkil edib.

Eləcə də bax: Azərbaycanda hansı egzotik meyvələr satılır? – QİYMƏTLƏRİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273