ƏRZAQ SƏBƏTİ

Qurban bayramında ət bazarında yenilik olacaq
04 İYUL
475

Qurban bayramında ət bazarında yenilik olacaq

2018-07-04 09:59:00

Avqustun 22-si və 23-də ölkə ərazisində Qurban bayramı qeyd olunacaq. Ənənəvi olaraq hər il rayonlardan paytaxt Bakıya iri və xırdabuynuzlu heyvan gətirilib əhalinin kütləvi ziyarət etdiyi yerlərə yaxın ərazilərdə satışı təşkil olunurdu. Xəbər verildiyi kimi, artıq bu səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi öz üzərinə götürəcək və ət kəsimi küçə və meydanlardan yığışdırılacaq.

Maraqlıdır, Qurban bayramı ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi bu işi necə tənzimləyəcək və sahibkarlara əvvəlki qaydada öz heyvanlarını satmağa icazə verəcəkmi? Konkret olaraq Agentlik Bakının hansı ərazilərdə qurbanlıq heyvanların kəsimi və satışını təşkil edəcək? Qeyd olunan məsələni əsas götürərək Agentliyin qiymət tənzimlənməsində rolu olacaqmı?

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq Qurban bayramı ilə bağlı hazırlıq işlərinə start verib:

“Belə ki, bununla bağlı xüsusi işçi qrupları yaradılıb. Respublika ərazisində fəaliyyət göstərən kəsimxanalarda monitorinqlər keçirilib, mövcud kəsimxanaların fəaliyyəti qiymətləndirilir və hazırda Bakı, Abşeron və Sumqayıtda kəsimxanalarda hazırlıq işləri aparılır. Yaxın günlərdə Qurban bayramı ilə bağlı əhaliyə heyvan kəsim məntəqələri və diri satış yerlərinin ünvanları açıqlanacaq. Kəsim məntəqələri modul, mobil və stasionar tipli olacaq. Rayonlardan satış məqsədi ilə Bakı şəhərinə gələn heyvanlara bütün mərhələlərdə nəzarət həyata keçiriləcək”.

Mansur Piriyev onu da qeyd edib ki, rayonlardan kəsim üçün heyvan gətirilən sahibkarlar qeydiyyatdan keçdikdən sonra təyin olunmuş ünvanlar üzrə kəsim və diri satış məntəqələrinə yönləndiriləcəklər:

“Hazırda Agentlik gücləndirilmiş iş rejimi ilə Qurban bayramına hazırlıq işlərini davam etdirir. Agentlik bu istiqamətdə heyvan kəsim məntəqələrində qiymətləndirmə işini yekunlaşdırdıqdan sonra Qurban bayramı ilə bağlı heyvan kəsim məntəqələri və diri satış yerlərinin ünvanlarını açıqlayacaq”. (Cebhe.info)

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250