ƏRZAQ SƏBƏTİ

Azərbaycanda hansı egzotik meyvələr satılır? – QİYMƏTLƏRİ
28 İYUN
712

Azərbaycanda hansı egzotik meyvələr satılır? – QİYMƏTLƏRİ

2018-06-28 11:38:00

Bir sıra egzotik meyvələr Azərbaycana idxal edilərək satışa çıxarılır. Belə meyvələrə bütün marketlərdə rast gəlmək mümkün olmasa da, böyük mağazalar şəbəkələrinin filiallarında (superstore) satılır. Belə meyvələr əsasən, ədədlə təklif olunur. Mağazalardan aşağıdakı meyvələri əldə edə bilərsiniz.

Ananas - 4.99 manat

Avakado – 2.99 manat

Kerovuz kökü – 3.99 manat

Kerovuz yarpağı – 5.99 manat

Mandarin – 5.49 manat

Manqo – 6.55 manat

Tamarella – 8.55 manat

Laym – 1.19 manat

Şirin kartof – 7.55 manat

Qeyd olunan qiymətlər meyvələrin bu günə (28 iyuna) olan qiymətləridir. Növbəti günlərdə qiymət ucuz və ya baha ola bilər. Meyvələrin “Araz”, “SPAR” və “Favorit” marketlərdə olan qiymətləri qeyd olunub.

“Araz” Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin mütəxəssisi Elvin Babayev Fins.az-a bildirib ki, çalışırıq ki, keyfiyyətli məhsul təklif edək: “Çünki idxal olunan bu meyvələrin qiyməti kalibrinə (ölçüsünə görə) dəyişir. Biz bu meyvələrin ən böyük ölçüdə olanlarını və uyğunluq sertifikatı olanlarını satırıq. Bəzi marketlərdə və bazarlarda məhsulun qiyməti müxtəlif ola bilər. Qiymət müxtəlifliyi yalnız kalibrinə və keyfiyyətinə görə dəyişir. Alışı gündəlik həyata keçiririk. Bazar qiymətinə (alış qiymətinə) uyğun marketlərimizdə qiymət formalaşır”.

Eləcə də bax: Mal əti niyə ucuzlaşır? - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254