ƏRZAQ SƏBƏTİ

Bu bazarda kartof 2 manat 16 qəpiyə satılır
25 İYUN
473

Bu bazarda kartof 2 manat 16 qəpiyə satılır

2018-06-25 10:14:00

Türkiyənin qida bazarında son bir ayda “qiymət təlatümü” baş verir. Mövsüm olmasına baxmayaraq gözlənilmədən kənd təsərrüfatı məhsullarının qiyməti bir neçə dəfə artıb. Ən çox bahalaşan kartof və soğandır. Bu məhsulların qiyməti 6 lirəyə (Azərbaycan pulu ilə 2 manat 16 qəpik) çatıb. Bir ədəd kartof artıq satış yerlərində 1 lirəyə (0.36 qəpik) təklif olunur.  
Bahalaşmanın əsas səbəbi kimi ilkin yazda hava şəraitinin qeyri-sabit keçməsi-dolu, sel, aramsız yağışların əkin sahələrinə ziyan vurmasıdır.  Bütün növ əkin sahələri üzrə məhsuldarlıq bir neçə dəfə aşağı düşüb. Bu vəziyyətdən istifadə edən topdansatış mərkəzləri qiymətləri süni surətdə qaldırıb. Məhsul tarlada istehsalçıdan 40 quruşa (0.16 qəpik) alınır, amma bazarlarda 6 lirəyə qədər yüksəlibsə burada yalnız inhisar faktoru ola bilər. 
Ölkədə turizm mövsümü və seçkiqabağı ərəfə olduğu üçün məsələ siyasiləşib. Ana müxalifət partiyası CHP-nin başqanı Kamal Kılıçdaroğlu AKP hökumətini “kənd təsərrüfatı üzərində böyük oyunlar oynamaqda” ittiham edib: “Hökumət qida siyasətində Qərbin oyuncağına çevrilib”-deyə o bildirib. 
İqtidar isə vəziyyətdən çıxış yolu kimi idxala güc verməyi görür. İqtisadiyyat naziri Nihat Zeybekçi kartof və soğan idxalına rəsmi icazə verildiyi bildirib. Nazir “İdxal ediləcək kartof və soğanın miqdarı, hansı ölkədən gətiriləcəyi məlumdur” - desə də ad açıqlamayıb. Lakin məhsulların İrandan idxal ediləcəyi istisna deyil. Düzdür, Azərbaycanın aqrar potensialı İranla müqayisə oluna bilməz, amma 75 milyonluq istehlak bazarı olan bu ölkədə yaranmış vəziyyət bizim məhsullar üçün də böyük perspektiv açır. İxraca cavabdeh olan dövlət və özəl qurumlar bu  vəziyyətdən uğurla yararlanmalıdırlar. (Aqrobiznes.az)   

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267