ƏRZAQ SƏBƏTİ

Rus araqları bahalaşacaq - SƏBƏB?
20 İYUN
203

Rus araqları bahalaşacaq - SƏBƏB?

2018-06-20 12:31:00

Rusiya Maliyyə Nazirliyi araq, konyak və şampan üzrə  minimum pərakəndə qiymətləri nəzərdən keçirə bilər. Spirtin bütün növləri uçun vahid formula üzrə minimal qiymətlərin hesablanması aparılır. Bu arada, şərab və şərab içkiləri ilə bağlı ilk dəfədir minimal qiymətlər müəyyən ediləcək. Ekspertlərin rəyinə görə, proses sprirtli içkilərin bahalaşdırılmasına doğru gedir. 

Xatırladaq ki, Rusiyada spirtli içkilərin minimal qiymətlərinə 2017-ci ilin aprel ayında baxılıb. Həmin vaxt hökumət bu məhsulların 0,5 litrinin dəyərini 190 rubldan 205 rubla qaldırıb. Hazırda Rusiyada 0,5 litr konyakın dəyəri 371 rubl təşkil edir. 

Onu da qeyd edək ki, Rusiya istehsalı olan spirtli içkilər yerli bazarda mühüm yer tutur. Hesablamalara əsasən, Azərbaycana gətrilən spirtli içkilərin 40 faizi Rusiyanın payına düşür.

Deməli, qonşu dövlətdəki qiymət artımı bazarda rus araqlarının bahalaşmasına gətirib-çıxaracaq. 

Nəzərə çatdıraq ki, bu ilin ilk dörd ayı ərzində ölkəyə idxal edilmiş spirtli və spirtsiz içkilərin həcmi (19 286,09 min dollar olub) bir il əvvələ nisbətən 2 570,92 min dollar və yaxud 15,38% artıb. (Oxu.az)

Eləcə də bax: Mal əti niyə ucuzlaşır? - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270