ƏRZAQ SƏBƏTİ

Azərbaycanda kərə yağı niyə baha satılır? - AÇIQLAMA
14 İYUN
262

Azərbaycanda kərə yağı niyə baha satılır? - AÇIQLAMA

2018-06-14 11:15:00

“Kərə yağının qiymətinin baha olması gömrük rüsumu ilə bağlı deyil”. Bunu Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov bildirib.

O, xaricdən Azərbaycana gətirilən kərə yağlarının ölkə daxilində qiymətinin artırılması məsələsinə münasibət bildirib: “Kərə yağının qiymətində artım gömrük rüsumları ilə bağlı deyil. Biz kərə yağının rüsumunu 15 faizdən 10 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil”.

Ə.Hüseynov qeyd edib ki, bəzi mallara spesifik rüsumlar tətbiq olunur: “Buna misal olaraq spirtli içkiləri, tütün məmulatları, avtomobilləri göstərmək olar. Eyni zamanda, Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur” (APA)

Eləcə də bax: Qida məhsullarının idxal-ixrac qaydaları DƏYİŞİR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267