ƏRZAQ SƏBƏTİ

Qida sahəsi üzrə sahibkarlıq subyektlərinin qeydiyyatına başlanacaq
13 İYUN
219

Qida sahəsi üzrə sahibkarlıq subyektlərinin qeydiyyatına başlanacaq

2018-06-13 12:24:00

İyulun 1-dən Azərbaycan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatına start veriləcək.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həll şöbəsinin müdiri Mənsur Piriyev deyib.

O bildirib ki, Azərbaycanda qida sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi baxımından qeydiyyata alınır və reyestrə daxil edilir.

Qeydiyyat ərizə və ona əlavə edilən sənədlər ASAN xidmət mərkəzlərində fəaliyyət göstərəcək müvafiq bölməyə təqdim edildikdən sonra 30 gün ərzində həyata keçiriləcək. (Trend)

Eləcə də bax: Qida məhsullarının idxal-ixrac qaydaları DƏYİŞİR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255