ƏRZAQ SƏBƏTİ

Bakıda yemək festivalı təşkil ediləcək
07 İYUN
839

Bakıda yemək festivalı təşkil ediləcək

2018-06-07 10:53:00

İyunun 15-də İçərişəhərdə Qoşa qala qapısı yaxınlığında “Summer Food Fest” yemək festivalı təşkil ediləcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, festivalda paytaxtın 20-dən çox restoran və kafesi sevilən yeməklərdən əlavə, xüsusi menyular da təqdim edəcək.

İştirakçıları hər gün saat 11-dən 23-dək restoranlar tərəfindən təşkil ediləcək viktorinalar, master-klaslar, dequstasiyalar, uşaqlar üçün əyləncə, həmçinin zövqlü musiqi gözləyir.

Qoruq İdarəsi və “Meal for Real onlayn” kulinariya platforması tərəfindən təşkil olunan festival iyulun 1-dək davam edəcək.

Eləcə də bax: Azərbaycan xaricə nə qədər pomidor satıb?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256