ƏRZAQ SƏBƏTİ

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
06 İYUN
161

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

2018-06-06 11:39:00

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb.

Bu ilin may ayında aprel ayına nisbətən ərzaq məhsullarının qiymətləri 1,3 faiz azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 1,6 faiz artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb. Ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətləri mayda əvvəlki ayla müqayisədə sabit qalıb.

Ötən ay ərzində un, manna və qarabaşaq yarması, makaron məmulatları, mal və qoyun əti, yumurta, marqarin və qarğıdalı yağları, banan, çiyələk, pomidor, xiyar, sarımsaq, soğan, kartof, şəkər və şəkər tozu və şokolad məmulatlarının qiymətlərində azalma, toyuq əti, zeytun və kərə yağları, alma, yerkökü, göyərti, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

May ayında aprel ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən paltar və ayaqqabıların təmiri, mənzillərin icarə haqqı, stomatoloji xidmətlər, avtomobillərin təmiri, dəmiryol nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti, respublika daxilində istirahət turları və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində artım, dəmiryol nəqliyyatı ilə respublika daxilində sərnişindaşıma xidməti, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidməti və respublikadan kənara istirahət turlarının qiymətlərində isə azalma müşahidə olunub. (Trend)

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267