ƏRZAQ SƏBƏTİ

Azərbaycan xaricə nə qədər pomidor satıb?
01 İYUN
527

Azərbaycan xaricə nə qədər pomidor satıb?

2018-06-01 14:48:00

2018-ci ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 485,3 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 19,3 faiz  artıb.

Bu dövrdə Rusiyaya 135,4 milyon, Türkiyəyə 127,2 milyon, Gürcüstana 52,5 milyon İsveçrəyə 39,6 milyon və Çinə 16 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin ilk dörd ayı ərzində ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (35 milyon ABŞ dolları) ilk üç yeri tutub.

Ümumiyyətlə, yanvar-aprel ayları ərzində meyvə-tərəvəz ixracı 111,1 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 45,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 18,4 milyon ABŞ dolları olub.

Cari ilin aprel ayında qeyri-neft sektoru üzrə ixrac 128,9  milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (36,7 milyon ABŞ dolları), Türkiyə (29,6 milyon ABŞ dolları), Gürcüstan (20,6 milyon ABŞ dolları), İsveçrə (5,8 milyon ABŞ dolları) və Çin (4 milyon ABŞ dolları) qərarlaşıb.

Apreldə ixracda tomat (pomidor) birinci (18,5 milyon ABŞ dolları), elektrik enerjisi (13,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,8 milyon ABŞ dolları) isə üçüncü olub.

Eləcə də bax: Dondurma almazdan öncə bu məqaləni oxuyun!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255